Xəbər lenti

Dünya 11:53 27.07.2022

Boris Conson Ukraynanın baş naziri olacaq?

Böyük Britaniyanın baş naziri Boris Consona Ukrayna vətəndaşlığı verilməsi və onun ölkənin baş naziri olması üçün səs-küylü petisiya hazırlanıb.
 
Bu barədə Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.

Petisiya çərşənbə axşamı Ukraynanın rəsmi saytında yerləşdirildikdən bir saat sonra sənəd 2500-dən çox imza toplayıb. İngiltərədə populyarlığını itirməsinə və iyulun əvvəlində onlarla nazir vəzifəsindən getdikdən sonra istefasını elan etməyə məcbur olmasına baxmayaraq, Conson Rusiyanın işğalı ilə mübarizə apararkən Ukraynaya verdiyi güclü dəstəyinə görə Kiyevdə kult fiqur olaraq qalır.

Ukrayna paytaxtında bəzi ukraynalıların məhəbbətlə "Consonyuk” adlandırdıqları Boris Consonun siması rəsmlər, divar rəsmləri və hətta tortların üstünü bəzəyir. 

Ukrayna prezidenti Zelenskiyə ünvanlanan petisiyada Consonun güclü tərəfləri kimi "Consona dünya səviyyəsində dəstək, Ukraynaya hərbi müdaxiləyə qarşı aydın mövqe və ya siyasi, maliyyə və hüquqi sahədə müdriklik” qeyd edilir.

Petisiya sayta yerləşdirildikdən bir neçə saat sonra Conson Zelenskiyə Rusiyanın işğalı qarşısında "inanılmaz cəsarət, itaətsizlik və ləyaqət" kimi təsvir etdiyi keyfiyyətlərə görə Ser Uinston Çörçill Liderlik Mükafatını təqdim edib.

Zelenski mükafatı qəbul edərkən yeni petisiyaya toxunmayıb, lakin petisiya 25 min imza alarsa, o rəsmi cavab verməyə borclu olacaq.

Nurlan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?