Xəbər lenti

Braziliya BRICS və MERCOSUR ölkələriylə vahid valyuta yaratmaq istəyir - SUR
Dünya 14:48 24.01.2023

Braziliya BRICS və MERCOSUR ölkələriylə vahid valyuta yaratmaq istəyir - SUR

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Argentina ilə birlikdə ümumi valyutanın yaradılması imkanlarının araşdırıldığını təsdiqləyib.
 
O, həmçinin MERKOSUR və BRİKS ölkələri arasında əməliyyatlar üçün ümumi valyutaların yaradılması imkanlarının müzakirəsini təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

BRİCS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir. MERCOSUR Cənubi Amerika ölkələrinin ümumi bazarıdır.

"Əgər bu məndən asılı olsaydı, biz həmişə öz ölkələrinin valyutaları ilə xarici ticarət aparardıq ki, dollardan asılı olmayaq”, - Lula da Silva Argentina prezidenti Alberto Fernandezlə birgə mətbuat konfransında deyib. Ehtimal olunur ki, bu vahid valyuta dollardan asılılığı azaltmaq üçün iki ölkə arasında əməliyyatlarda istifadə oluna bilər.

Yanvarın 22-də "Financial Times” qəzeti yazıb ki, Argentina və Braziliyanın yeni valyutasının "sur” (ispan dilindən "cənub”) adlandırılması təklif edilir, layihədə Braziliyadan başqa digər Latın Amerikası ölkələrinin də iştirakı istisna edilmir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->