Xəbər lenti

İsveçrə məhkəməsi İslam Kərimovun qızı ilə bağlı işi dayandırdı
Dünya 17:57 28.04.2026

İsveçrə məhkəməsi İslam Kərimovun qızı ilə bağlı işi dayandırdı

İsveçrənin Federal Cinayət Məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnara Kərimova ilə bağlı korrupsiya işinin icraatını dayandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə İsveçrə Radiosu və Televiziyası məlumat yayıb.

Məlumata görə, hakim Kərimovanın məhkəmə prosesində iştirakını təmin etmək üçün müdafiə tərəfinin onun Özbəkistandan çıxışına icazə verilməsi tələbinə baxmayaraq, müraciəti rədd edib.

Qərarda bildirilir ki, işin dayandırılması təqsirsizlik anlamına gəlmir. Kərimova artıq 2014-cü ildən həbsdədir və ən azı 2028-ci ilə qədər cəzaçəkmə müəssisəsində qalacaq. Bu müddət İsveçrədə mümkün cəza müddətindən daha uzundur.

Gülnara Kərimova Özbəkistanın sabiq prezidenti İslam Kərimovun böyük qızıdır. O, hazırda ölkəsində həbsdədir. 2015-ci ildə Özbəkistan məhkəməsi onu hədə-qorxu ilə tələb etmə və vergi yayınmasında təqsirli bilərək 5 il azadlıqdan məhrum etmişdi. 2017-ci ildə əlavə 5 il həbs cəzası alıb və 2019-cu ilə qədər ev dustaqlığında saxlanılıb. 2020-ci ildə isə yenidən hədə-qorxu və mənimsəmə ittihamları üzrə təqsirli bilinərək 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Aydın
--> -->