Xəbər lenti

Bu gün Premyer Liqada 11-ci tura son qoyulacaq
İdman 11:20 30.10.2023

Bu gün Premyer Liqada 11-ci tura son qoyulacaq

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

Qaynarinfo-nun məlumatına görə, son ölkə çempionu "Qarabağ” "Araz-Naxçıvan”la qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın start fiti 19.00-da çalınacaq. 

Azərbaycan Premyer Liqası, 11-ci tur

30 oktyabr (bazar ertəsi)

19:00. "Araz-Naxçıvan” – "Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Tofiq Bəhramov adına Respublika stadionu.

Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.

"Zirə" - "Səbail" 2:2
"Turan Tovuz" - "Kəpəz" 4:0
"Sumqayıt" - "Qəbələ" 0:0 
"Neftçi" - "Sabah" 0:1

"Zirə" - 21, "Qarabağ" - 20, "Səbail" - 18, "Araz-Naxçıvan" - 17, "Neftçi" - 15, "Turan Tovuz" - 15, "Sumqayıt" - 15, "Sabah" - 13, "Qəbələ" - 8, "Kəpəz" - 6

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->