Xəbər lenti

Bu il Avropaya çatmaq istəyən 1212 qeyri-qanuni miqrant boğularaq ölüb
Dünya 23:59 13.08.2025

Bu il Avropaya çatmaq istəyən 1212 qeyri-qanuni miqrant boğularaq ölüb

BMT-nin məlumatına görə, bu ilin əvvəlindən dəniz yolu ilə Avropaya çatmağa çalışan ümumilikdə 1212 qeyri-qanuni miqrant ölüb. 

Qaynarinfo xəbər verir ki, ən çox ölüm - 675 nəfər Aralıq dənizinin mərkəzi hissəsini keçərkən baş verib. Afrikanın qərb sahilləri boyunca Atlantik okeanının sularında 250 nəfər ölüb. Aralıq dənizinin qərbində 155 nəfər, şərq hissəsində isə 132 nəfər həlak olub.

Bildirilir ki, qeyri-qanuni miqrantlar dəniz yolu ilə İspaniya, İtaliya və Yunanıstan sahillərinə çatmağa çalışır, orada ya sığınacaq almaq ümidi ilə hakimiyyət orqanlarına təslim olurlar, ya da quru yolu ilə qitənin daxili ərazilərinə keçməyə çalışırlar.

Dəniz yolu ilə Avropaya qeyri-qanuni gediş üçün ən populyar yerlər Türkiyənin qərb sahilləri, Liviya, Tunis, Əlcəzair, Mərakeş və Qərbi Sahara sahilləridir. 2025-ci ildə Avropaya dəniz yolu ilə daxil olan ən çox qeyri-qanuni miqrant Banqladeşdən (11 331 nəfər) gəlib. Misirlilər ikinci (7599 nəfər), üçüncü yerdə isə əfqanlar (6616 nəfər) qərarlaşıb. İlk 10-luğa Mali, Eritreya, Sudan, Əlcəzair, Pakistan, Somali və Seneqal vətəndaşları da daxil olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->