Xəbər lenti

Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edildi
Ölkə 19:48 27.07.2026

Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlərini davam etdirir.

Qaynarinfo xəbər verir ki, cari ildə Agentliyin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.

Eyni zamanda, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub.

Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->