Xəbər lenti

Əcnəbilərin ölkədə olma müddətinin uzadılması barədə qərarın məzmunu təsdiq edildi
phrase_var_qaynar. 13:27 27.07.2026

Əcnəbilərin ölkədə olma müddətinin uzadılması barədə qərarın məzmunu təsdiq edildi

"Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar”ın məzmunu” təsdiq edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, bu Sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 39.4-cü maddəsinə əsasən hazırlanmışdır və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – şəxslər) Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın məzmununu müəyyən edir.

Qərar şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə müraciətlərinə əlavə etdikləri sənədlər və təqdim etdikləri məlumatlar əsasında, bu Sənədin 2.3-cü bəndi nəzərə alınmaqla, Azərbaycan dilində doldurulur.

Qərar bu Sənədlə müəyyən edilən məzmunda və "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edilərək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür və onun təqdim etdiyi elektron poçt ünvanına göndərilir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->