Xəbər lenti

İdman 18:22 13.12.2023

Bu komandaya 141 xalın silinməsi cəzası verildi

Uels komandası "Pontipridd Yunayted" oyunçularına maaş verməməkdə və müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, kluba 141 xalın silinməsi şərti ilə cəza verilib. Bu mövsüm isə komandanın altı xalı silinəcək. Klub 2022/23 mövsümündən bəri uyğun olmayan oyunçuları oynatmaqda, maaşları ödəməməkdə və heyət qeydiyyatı qaydalarına düzgün əməl etməməkdə günahlandırılıb. Bu il altı xalın silinəcəyi açıqlansa da, pozuntunun 2024/25 mövsümünün sonuna qədər təkrarlanacağı təqdirdə 135 xallıq cəzanın da qüvvəyə minəcəyi bildirilib. 

Uels Futbol Federasiyasından verilən açıqlamada, futbolçuların müqavilə pozuntularından şikayəti əsasında "Pontipridd Yunayted"ə qarşı təhqiqat başladıldığı, klubun ümumilikdə 18 dəfə qaydaları pozduğu müəyyənləşdiyi, futbolçulara müqavilə hüquqları verilmədiyi və borclarının ödənilmədiyi bildirilib. Təhqiqatdan əvvəl klub Uels Kubokundan qovulub və yalnız "Nathaniel MG Kuboku"nda mübarizə aparmağa icazə verilmişdi. 

Cəzadan sonra sonuncu pilləyə düşən komandanın hazırda yeddi xalı var.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->