XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu teatra Müslüm Maqomayevin adı veriləcək
Ölkə20:49 18.08.2026

Bu teatra Müslüm Maqomayevin adı veriləcək

Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına görkəmli azərbaycanlı müğənni və bəstəkar Müslüm Maqomayevin adının verilməsi qərara alınıb.

Qaynarinfo “trend.az”a istinadla xəbər verir ki, qərar Dağıstan Respublikasının rəhbəri yanında fəaliyyət göstərən komissiyanın iclasında qəbul edilib.

Komissiya üzvləri Azərbaycanın böyük sənətkarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təklifi yekdilliklə dəstəkləyiblər.