XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Vəkil Elşad Məmmədov həbs edilib
Ölkə21:04 18.08.2026

Vəkil Elşad Məmmədov həbs edilib

Abşeron vəkil bürosunun vəkili Elşad Məmmədov həbs edilib.

Qaynarinfo APA-a istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

Vəkil vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.