XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Buça qatillərindən 22 nəfərinin kimliyi müəyyənləşdi - NYT araşdırması
Dünya06:24 23.12.2022

Buça qatillərindən 22 nəfərinin kimliyi müəyyənləşdi - NYT araşdırması

"The New York Times” qəzeti polkovnik-leytenant Artyom Qorodilovun komandanlığı altında Qara dəniz 234-cü qvardiya hava-desant alayının Buçada olması ilə bağlı video araşdırma dərc edib. 
Qaynarinfo xəbər verir ki, jurnalistlər Rusiya qoşunları geri çəkildikdən sonra bir neçə ay şəhərdə olub, sakinlərdən müsahibə alıb, müşahidə kameralarından görüntüləri, şahidlərin və kəşfiyyat dronlarının çəkdiyi kadrları toplayıblar.
Bundan sonra araşdırmaçılar dinc əhalinin əksəriyyətinin öldüyü Buçanın Yablonskaya küçəsindəki hadisələri yenidən canlandırıblar. Ümumilikdə şəhərdə 400-dən çox insan həlak olub.
Araşdırmada rusiyalı hərbçilərinin söhbətinin audio yazısı səslənir, onlardan biri komandirin onu mülki insanları öldürməyə necə göndərdiyini xatırladır. Digər yazılarda sorğu-sualların necə aparıldığını eşitmək mümkündür. 
Həmçinin, jurnalistlər ilk dəfə Yablonska küçəsində ölən 30 nəfərin kimliyini müəyyənləşdiriblər. Onlar müxtəlif yaş və peşə sahibləridir. Aralarında uşaqlar və təqaüdçülər də var. Ölənlərin hamısı ya mülki vətəndaşlar, ya da hərbi əsirlərdir ki, bu da müharibə cinayətinin əlamətlərindən biridir.
Videoda rusiyalı hərbçilərinin mülki şəxslər istiqamətinə qəsdən atəş açması görüntüləri də əks olunub. Yəni bu insanlar artilleriya atəşindən ölməyiblər. Jurnalistlər qətlləri təsadüfi hesab etmirlər. Onların fikrincə, bu, rusiyalıların Kiyevə yollarını təmizləmək üçün düşünülmüş kampaniya olub.
Buça sakinləri jurnalistlərə bildiriblər ki, rusiyalılar mülki şəxslərin əllərindən telefonları alıblar. Jurnalistlər Rusiya hərbçilərinin öldürülmüş mülki şəxslərin telefonlarını da ala biləcəyini ehtimalını irəli sürüblər, bu səbəbdən də onlar Ukrayna hakimiyyətindən işğal dövründə Buçansk rayonundan edilən zənglərin məlumat bazasını istəyiblər. Beləliklə, öldürülən Buça sakinlərinin telefonlarından qohumlarına zəng edən 234-cü alayın 22 rusiyalı əsgərinin adını müəyyən etmək mümkün olub.
Rusiyalı hərbçilər Kiyev vilayətindən geri çəkildikdən sonra polkovnik-leytenant Qorodilov polkovnik rütbəsi alıb.
Nizami Bağırov