XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qalatasaray" "Barselona" və PSJ ilə nə vaxt qarşılaşacaq? - Təqvim açıqlandı
İdman15:32 29.08.2026

"Qalatasaray" "Barselona" və PSJ ilə nə vaxt qarşılaşacaq? - Təqvim açıqlandı

"Qalatasaray"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Qaynarinfo xəbər verir ki, Türkiyə çempionu mübarizəyə "Sportinq"lə oyunla başlayacaq. Qarşılaşma sentyabrın 9-da Portuqaliyada keçiriləcək.

13 oktyabrda "Barselona"nı qəbul edəcək "Qalatasaray" ayın 21-də Fransada "Lill"lə üz-üzə gələcək.

3 noyabrda İstanbul klubu doğma meydanda Almaniya "Ştutqart"ını qonaq edəcək. Ayın 24-də isə İngiltərədə "Aston Villa"nın qonağı olacaq.

8 dekabrda Yunanıstanda AEK-lə qarşılaşacaq "Qlaatasaray" bununla da 2026-cı ili başa vuracaq.

Sarı-qırmızılar son iki matça gələn ilin yanvarında çıxacaq. 19 yanvarda "Feyenoord" (Niderlanda) qəbul edəcək komanda ayın 27-də Fransada PSJ ilə qarşılaşacaq.

Aydın