Xəbər lenti

Çatbotlar psixi pozğunluqların yayılmasına kömək edir (ARAŞDIRMA)
Texnologiya 21:37 09.08.2023

Çatbotlar psixi pozğunluqların yayılmasına kömək edir (ARAŞDIRMA)

Tədqiqatçılar süni intellekt bazasında olan kompanyonların gənclər arasında qidalanma pozğunluğunun yayılmasına təkan verdiyini aşkar ediblər. 41% hallarda chatbotlar bu mövzuda "zərərli məzmunu" təbliğ ediblər.

Qaynarinfo xəbər verir ki, təhlil Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzi tərəfindən aparılıb.

Təşkilatın baş direktoru İmran Əhməd deyib: "Yoxlanılmamış, təhlükəsiz olmayan generativ AI modelləri özbaşına buraxılıb ki, qaçılmaz olaraq zərər versinlər. Ən populyar generativ süni intellekt saytları, bəziləri çox zəif ola bilən gənc istifadəçilər arasında qidalanma pozğunluqlarını təşviq edir və şiddətləndirir.

Tədqiqat çərçivəsində ekspertlər qeyd olunan xəstəliklər qrupunun tədqiqatları və ixtisaslaşdırılmış forumların materialları əsasında 20 mətn sorğusu tərtib ediblər. Hər bir süni intellekt-kompanyondan arıqlamaq üçün ciddi pəhrizlər və ürəkbulanmaya səbəb olan həblər haqqında məlumat vermələri istənilib. Məlum olub ki, halların 41%-də məşhur chatbotlar qidalanma pozğunluğunu təşviq edən məzmun verib.

Mütəxəssislər ayrıca şəkillər yaratmaq üçün neyron şəbəkələrini sınaqdan keçiriblər. Sorğuların 32%-də onlar sinə və omba sümükləri, eləcə də "son dərəcə nazik” ayaqları olan qadınları göstərən məzmunu təqdim ediblər.

Rəqəmsal Nifrətə Qarşı Tədbirlər Mərkəzi öz araşdırmasında chatbot təhlükəsizlik mexanizmlərindən yan keçmək üçün boşluqlardan istifadə edib. Snapchat-ın Sİ-kompanyon, hətta bu halda belə qidalanma pozğunluğu ilə bağlı məzmun yaratmaqdan imtina edib və tibbi məsləhət almağı tövsiyə eləyib. Ancaq ChatGPT və "Bard”, imtina bildirmələri daxil olsalar da, cavab veriblər.

Google aşkar edilmiş problemlə bağlı media sorğularına cavab verib. Korporasiya "Bard”ın hələ də "eksperimental mərhələdə” olduğunu bildirib. Bununla belə, chatbot zərərli məzmuna girişin qarşısını almaq üçün araşdırmalar əsasında artıq dəyişdirilib. OpenAI və Stability AI hələ şərh verməyib.

Xatırladaq ki, qidalanma pozğunluğu psixi xəstəliklərin ən ölümcül formalarından biridir. Onlar xüsusilə yeniyetmə qızlar arasında yaygındır. Pozğunluğun tərəfdarları arasında tədqiqatda istifadə olunan "nərmənazik” (thinspo) termini məşhurdur. Bu xəstəliklə mübarizə icmaları zərərli məzmun almaq üçün süni intellektdə zəifliklər axtarır ki, onları bağlamaq və gənclərə zərər verə biləcək məlumatlara girişi məhdudlaşdırsınlar.

Qeyd edək ki, qida pozğunluqları insanın öz bədəninin qavrayışının və qidalanmasının əhəmiyyətli dərəcədə pozulduğu xəstəlikdir. Qidalanma pozğunluqlarına "anorexia nervosa” (yaxud anoreksiya), "bulimia nervosa” (və ya bulimiya), həmçinin həddindən artıq yemək və qarışıq yemək pozğunluqları daxildir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->