Xəbər lenti

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi
Ölkə22:53 10.10.2026

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmətlər göstərilib.

Hazırda hər iki pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.