Xəbər lenti

Çex polisi 15 nəfəri öldürən qatilin niyyətindən xəbərdar olub, amma qarşısını ala bilməyib
Dünya 18:55 23.12.2023

Çex polisi 15 nəfəri öldürən qatilin niyyətindən xəbərdar olub, amma qarşısını ala bilməyib

Çexiyanın Çarlz Universitetində baş verən kütləvi qətl hadisəsindən 3 saat əvvəl polis cinayətkarın Praqaya silahla getdiyini bilsə də, onu tapıb dayandıra bilməyib. 

Qaynarinfo bu barədə Çexiyanın "Mlada fronta Dnes" qəzetinə istinadən xəbər verir.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın fəlsəfə fakültəsində oxuduğunu və ora yönələ biləcəyini bilirdilər. Onlar əsas fakültə binasına gəlib, lakin yeni məlumat aldıqdan sonra oranı tərk ediblər. Bir müddət sonra 24 yaşlı tələbə David Kozak oraya gəlib", deyə nəşr yazıb.

Onun mobil telefonundan istifadə edərək yerini müəyyən etmək cəhdləri uğursuz alınıb. Polis patrullarından biri David Kozakın kənddəki evinə göndərilib. O, cinayətkarın atasının cəsədini zirzəmidə tapıb. Polis orda saat mexanizmi olan əldəqayırma partlayıcı qurğu aşkar edərək zərərsizləşdirib.

Qeyd edək ki, dekabrın 21-də Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində baş vermiş atışma nəticəsində 15 nəfər həlak olub, 10-u ağır olmaqla 30 nəfər yaralanıb. Dekabrın 23-də Çexiyada baş vermiş faciə ilə əlaqədar ümumi matəm elan edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->