Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfər çərçivəsində Vatikanda Roma Papa XIV Leo ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, XİN rəhbəri bu barədə "X” platformasında paylaşım edib.
O bildirib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər yüksək səviyyədədir və dinlərarası dialoqun təşviqində mühüm rol oynayır.
Nazirin sözlərinə görə, iki ölkə arasındakı əlaqələr multikulturalizmin dəstəklənməsi, müxtəlif din və mədəniyyətlərin birgə yaşamasının təşviqi baxımından nümunəvi model kimi çıxış edir.
Qeyd olunub ki, Azərbaycan dövlətinin əsas prioritetlərindən biri dini tolerantlığın və dialoqun gücləndirilməsidir və Vatikanla əməkdaşlıq bu istiqamətdə əhəmiyyətli töhfə verir.
Şərhlər