Dünya 10:12 26.05.2023

Çin “Sibirin gücü-2” əvəzinə Rusiyadan yan keçərək Türkmənistandan qaz kəməri çəkir

Çin Rusiya Federasiyasının digər qaz kəməri olan "Sibirin gücü-2” ilə bağlı təklifinə baxmayaraq, Türkmənistandan qaz almaq üçün Mərkəzi Asiya kəmərinin tikintisini sürətləndirir.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Avropa bazarının itkisini kompensasiya etmək məqsədilə Çinə təbii qaz satışını artırmaq istəyən Rusiya illik gücü 50 milyard kubmetr olan ikinci "Sibirin Gücü 2” qaz kəmərinin tikintisi üçün Pekinlə danışıqlar aparır.

Nəşrin qeyd etdiyi kimi, Çin özünün "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Mərkəzi Asiya ilə əlaqələri gücləndirməyə çalışır. 

Türkmənistan qazı Pekinə Rusiya qazından 30% baha başa gəlsə də, endirimlə bağlı danışıqlar nəticə verməsə də, Çin rəsmiləri Türkmənistandan ildə 30 milyard kubmetr yanacaq idxal edəcək "D xətti” layihəsinə yaşıl işıq yandırıblar.

"Mərkəzi Asiya boru kəmərləri Çinin enerji və geosiyasi məkanında təməl daşı sərmayəsi hesab olunur. Bu, strateji əhəmiyyətə malik təchizat kanalıdır və kommersiya narahatlıqlarını aradan qaldırır", - Çin neft şirkəti China National Petroleum-un nümayəndəsi bildirib.

Qeyd edilir ki, Çin uzunmüddətli nəhəng qaz ehtiyaclarını ödəmək üçün hər iki sazişə imza ata bilər, lakin Türkmənistana üstünlük verir, çünki o, uzun müddətdir Mərkəzi Asiyaya ticarətin genişləndirilməsi, enerji təhlükəsizliyi və regionda sabitliyin qorunması üçün sərhəd kimi baxır. 

Nizami Bağırov