Xəbər lenti

Çində alimlər yerin 200 metr dərinliyində nəhəng meşə kəşf etdi
Dünya 21:51 17.04.2026

Çində alimlər yerin 200 metr dərinliyində nəhəng meşə kəşf etdi

Çinin cənubunda nəhəng karst çökəkliyinin (tianken) içində, yer səthindən 200 metrdən daha dərinlikdə gizli meşə aşkar edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy” məlumat yayıb.

Meşə Leye rayonunda, Pinye kəndi yaxınlığında yerləşən və unikal relyefi ilə tanınan karst çökəkliyində tapılıb. Bu ərazi regionda qeydə alınmış təxminən 30 böyük karst çökəkliyindən biridir.

"Göy çuxurları” (tianken) adlanan bu strukturlar, yeraltı suların əhəng daşını tədricən həll etməsi nəticəsində formalaşır. Zamanla yaranan böyük boşluqlar çökmə ilə səthə açılır və nəhəng çuxurlar əmələ gətirir.

Tədqiqatçılar təxminən 192 metr dərinliyə enərək orada sıx və demək olar ki, toxunulmamış meşə aşkar ediblər. Meşənin uzunluğu təxminən üç futbol meydançası böyüklüyündə ərazini əhatə edir.

Ekspedisiya rəhbəri, Çin Geoloji Xidmətindən Çen Lisin bildirib ki, bu cür mühitlərdə elm üçün hələ də naməlum bitki və heyvan növlərinin tapılması mümkündür.

Meşədə 40 metrə qədər hündürlüyə çatan qədim ağaclar da qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, belə karst sistemləri təbiət üçün "izolyasiya olunmuş laboratoriya” rolunu oynayır və burada növlər uzun müddət ərzində xarici təsirlərdən uzaq şəkildə inkişaf edə bilir. Bu səbəbdən həmin meşənin minilliklər boyu demək olar ki, dəyişməz qaldığı ehtimal olunur.

Aydın
--> -->