Xəbər lenti

Limonlu suyun sağlamlıq üçün 3 faydalı xüsusiyyəti
Sağlamlıq 20:27 17.04.2026

Limonlu suyun sağlamlıq üçün 3 faydalı xüsusiyyəti

Limonlu su, xüsusilə səhərlər içildikdə, orqanizmdə su balansını qorumağa, həzmi yaxşılaşdırmağa, immun sistemini gücləndirməyə və dəri sağlamlığına müsbət təsir göstərməyə kömək edə bilər.

Qaynarinfo-nun məlumatına görə, sağlam vərdişlər üzrə ekspert Ceymi Volf qeyd edir ki, hər səhər limonlu su içmək gecə ərzində itirilən mayeni bərpa etməyə kömək edir. Bu həm də gün ərzində daha çox su içmə vərdişini formalaşdırır.

1. Həzmi yaxşılaşdırır

Mütəxəssis bildirir ki, limon təbii həzmi dəstəkləyən vasitələrdən biridir. Araşdırmalara görə, limon turşusu mədənin boşalmasını sürətləndirə bilər. Bundan əlavə, C vitamini bağırsaq mikroflorasını dəstəkləyən "faydalı” bakteriyaların (bifidobakteriyalar) inkişafına müsbət təsir göstərə bilər.

2. Ürək sağlamlığını dəstəkləyir və toxumaların bərpasına kömək edir

Sitrus meyvələri, o cümlədən limon, C vitamini və antioksidantlarla zəngindir. Bu maddələr qan təzyiqini tənzimləməyə, qan dövranını yaxşılaşdırmağa və "yaxşı” xolesterinin səviyyəsini qorumağa kömək edə bilər. C vitamini eyni zamanda kollagenin sintezi üçün vacibdir. Kollagen dəri, sümüklər və oynaqlar üçün əsas struktur zülalıdır.

3. Limonlu su necə düzgün içilməlidir

Mütəxəssis Ceymi Volf səhərlər ilıq suya yarım limon sıxaraq içməyi tövsiyə edir. Onun sözlərinə görə, bu içki səhər yeməyindən və kofe/çaydan əvvəl, yavaş-yavaş içildikdə daha faydalı ola bilər. O qeyd edir ki, limonlu su sadə və ucuz bir vərdişdir və sağlam həyat tərzini dəstəkləməyə kömək edir. 

Aydın

--> -->