Yüksək intellektin üstünlükləri olsa da, psixoloqlar bildirirlər ki, bu xüsusiyyət bir sıra psixoloji problemlərlə də müşayiət oluna bilər. Onların arasında sosial izolyasiya hissi və münasibətlərdə çətinliklər xüsusi qeyd olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yourtango” nəşri psixoloqlara istinadla yazır.
Məqalədə qeyd olunur ki, yüksək IQ təkbaşına nə uğur, nə də xoşbəxt həyat təmin etmir. Bəzi mütəxəssislər hətta hesab edirlər ki, həddindən artıq yüksək intellekt insanın cəmiyyətə uyğunlaşmasını çətinləşdirə bilər.
Klinik psixoloq, doktor Anjelika Şils bildirir ki, orta statistik insanın IQ səviyyəsi təxminən 100-dür. Həkimlər və hüquqşünaslar kimi "ağıllı” sayılan şəxslərin IQ göstəricisi isə adətən 120 civarındadır və bu, ümumi əhali ilə böyük fərq yaratmır. Lakin 120-dən yüksək IQ səviyyəsinə malik insanlar üçün vəziyyət fərqlidir.
Belə şəxslər çox vaxt kifayət qədər intellektual stimul tapmadıqlarını hiss edir və bu da onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.
"Yüksək IQ-ya malik insanların çoxu depressiya yaşayır, psixoaktiv maddələrdən sui-istifadə edir və ya münasibətlərdə deyil", deyə o bildirib.
Psixoloqlara görə, bu insanlar tez-tez özlərini ətraf mühitdən təcrid olunmuş hiss edir və başqaları ilə anlaşmaqda çətinlik çəkirlər.
Psixoterapevt İmi Lo isə qeyd edir ki, belə insanlar dərin emosional bağ axtarsalar da, sağlam münasibətlər qurmaqda çətinlik çəkə bilirlər. Tənhalıq hissi bəzən onları zərərli münasibətlərdə qalmağa vadar edir, çünki bu münasibətlər yeganə emosional və intellektual əlaqə mənbəyi kimi görünür.
Mütəxəssislər əlavə edirlər ki, yüksək intellektə malik insanlar davamlı zehni stimul ehtiyacı duyurlar. Araşdırmalar göstərir ki, beyni aktiv saxlayan fəaliyyətlər uzunmüddətli idrak faydaları verir, lakin bu stimulun olmaması həyata marağın azalmasına və idrak qabiliyyətlərinin zəifləməsinə də səbəb ola bilər.
Aydın
Şərhlər