Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenskini oktyabrda Böyük Britaniyaya səfərə dəvət etmək istəyir.
Bu barədə Qaynarinfo "The Sunday Times”a istinadən xəbər
verir.
Qeyd olunur ki, Consonun komandası onun populyarlığını artırmaq planlarından biri üzərində işləyir. Onun məqsədi Zelenskini Kraliça II Yelizaveta ilə görüşdürmək də daxil olmaqla, onun Britaniyaya tam hüquqlu dövlət səfərini təklif etməkdir.
Səfər oktyabr ayında Birmingemdə Mühafizəkarlar Partiyasının konfransında iştirakla üst-üstə düşəcək.
Dauninq Stritdəki mənbə bildirir ki, CCHQ (Mühafizəkarlar Partiyasının qərargahı) bu ideyanı bəyənir.
Nizami Bağırov
Şərhlər