Xəbər lenti

Daha bir dünya brendi Rusiya biznesini satdı
Dünya 19:34 05.08.2024

Daha bir dünya brendi Rusiya biznesini satdı

Dünya brendi "Hugo Boss” Rusiya biznesini satıb. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra brend Rusiyadakı əsas fəaliyyətlərini məhdudlaşdırıb, lakin topdansatış bazarında fəaliyyətini davam etdirirdi.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Qeyd olunur ki, alman moda evi "Hugo Boss” Rusiya biznesini yerli "Stockmann” şirkətinə satıb.

"Biz təsdiq edə bilərik ki, bizim Rusiyadakı törəmə şirkətimiz "Hugo Boss”un ölkədəki uzunmüddətli topdansatış tərəfdaşlarından biri olan "Stockmann” ASC-yə satılıb”, - "Hugo Boss” açıqlamasında bildirib.

Tərəflərdən heç biri sövdələşmənin maliyyə şərtlərini açıqlamır, lakin Rusiya xarici şirkətlərdən aktivlərini ən azı 50% endirimlə satmağı tələb edir.
Bildirilir ki, sövdələşmə avqustun 2-də bağlanıb və hazırda "Stockmann” ASC "Hugo Boss Rus” şirkətinin nominal dəyəri 40 milyon rubl (470 588 dollar) olan səhmlərinin 100%-nə sahibdir.

Rusiyada "Stockmann” 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya biznesini satan keçmiş fin sahibindən müstəqil şəkildə fəaliyyət göstərir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->