Xəbər lenti

Daha bir ulduz Səudiyyə Ərəbistanına üz tutdu
İdman 11:59 10.08.2023

Daha bir ulduz Səudiyyə Ərəbistanına üz tutdu

Roberto Firmino, Riyad Mahrez və Eduard Mendi  kimi futbolçuları heyətinə qatan Səudiyyə Ərəbistanı klubu "Al-Ahli" daha bir ulduzun transferini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, ərəblər "Barselona"dan Frank Kessinin də transferini elan edib. Klubun sosial media hesabından bununla bağlı açıqlamada, "Hekayə burada davam edir. Xoş gəldiniz Kessi" - ifadələri işlədilib. 

Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin "Milan”la müqaviləsi keçən yay başa çatdıqdan sonra azad agent qismində "Barselona"ya keçib. Kataloniya klubunda 43 oyun keçirən futbolçu bu müddətdə üç qola, eyni sayda məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->