Xəbər lenti

Yuri Vernidub "Qarabağ"la matçdan sonra nə danışdı?
İdman23:00 17.10.2026

Yuri Vernidub "Qarabağ"la matçdan sonra nə danışdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının 8-ci turunun mərkəzi görüşündə "Neftçi" "Qarabağ"la üz-üzə gəlib (3:3).

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub (Yuriy Vernydub) jurnalistlərin suallarını cavablandırıb:

- Qələbəni niyə əldən verdiniz?

- Bu futboldur, belə hallar baş verir. Əsas odur ki, bunlardan nəticə çıxarmaq lazımdır."

- "Neftçi" daha əvvəl "Qarabağ"la oyunlara "autsayder" kimi çıxırdı, demək olar ki, bu dövr bitdi?

- Belə bir anlayış var ki, "Neftçi" - "Qarabağ" matçları derbi sayılır. "Neftçi"nin daha güclü olması üçün işlərimizə davam edəcəyik. Hər zaman sona qədər mübarizə aparacağıq. Məqsədimiz çempionluqdur."

- Hesab 3:2 olarkən komandanız topu saxlamağa, vaxt uzatmağa çalışmadınız.

- Mən həmişə istəyirəm ki, "Neftçi" oynasın, meydanda vaxt keçirməsin. Oyunçularımız hakimlə münaqişəyə yol vermədi. Vaxtı uzatmadı. Bu bizim seçdiyimiz yoldur. Biz bu yolla davam etsək, daha güclü, daha istəkli olacağıq. Və həmişə turnir cədvəlinin ən yuxarısında olmağı istəyirik."

- Artıq 10 ildir "Neftçi qayıdır" şüarı səslənir, sizcə, "Neftçi" qayıdır?

- Əgər söhbət açsaq, çox şey danışa bilərik. İndi sakit başla istirahət etmək lazımdır. Sabah oyunu analiz etməliyik. Ondan sonra nələrsə danışa biləcəyik. Mən düşünürəm ki, futbol şahmat kimidir. Təkcə topla oynamaqla bitmir, düzgün qərarlar vermək lazımdır."

- Qapı mövqeyinə transfer etmədiniz, bunun üçün peşmançılıq hissi duyursunuz?

- Xeyr. Hər iki qapıçımız çox gözəl oyun göstərdilər. Sadəcə Emil oyundan əvvəl qızdırma səbəbindən oynaya bilmədi. Və Rza çərçivəni qorudu. Rzanın özü də millidə oynayıb, Emil hal-hazırda əsas millinin əsas qapıçısıdır. Yerli kadrlara şans verməyi kimisə axtarıb tapmaqdan daha yaxşıdır. Milli komandanın da gələcəyi üçün çalışırıq."