İdman 15:59 26.11.2022

DÇ-2022: Avstraliya Tunisə qalib gəldi

Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.

Qaynarinfo xəbər verir ki, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.

Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.

İlk qələbəsini qazanan Avstraliya yığması 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Tunis isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Fransa seçməsi Danimarkanı sınağa çəkəcək.

DÇ-2022
Qrup məhələsi
D qrupu, II tur

26 noyabr
Tunis - Avstraliya 0:1.
Qol: Mitçell Dyuk, 23.
Baş hakim: Daniel Zibert (Almaniya)
"Əl-Canub" stadionu.