Xəbər lenti

DÇ-2026: Azərbaycan Ukraynaya qarşı
İdman 09:04 09.09.2025

DÇ-2026: Azərbaycan Ukraynaya qarşı

Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, millimiz Bakıda Ukrayna yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Qeyd edək ki, ilk turda Ukrayna isə Fransaya uduzub (0:2).

D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DÇ-2026
Seçmə mərhələ
D qrupu

9 sentyabr
20.00 Azərbaycan - Ukrayna
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika Stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->