Xəbər lenti

Türkiyədə pasportunu itirən Yamal özəl təyyarə ilə İspaniyaya qayıtdı (YENİLƏNİB)
İdman 15:49 08.09.2025

Türkiyədə pasportunu itirən Yamal özəl təyyarə ilə İspaniyaya qayıtdı (YENİLƏNİB)

DÇ-2026-nın seçmə mərhələsində Türkiyə millisi ilə oyundan sonra pasportunu itirən "Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal vətəninə qayıdıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Turkiye Today” məlumat yayıb.

Mənbənin məlumatına görə, İspaniya Kral Futbol Federasiyası (RFEF) ölkə rəhbərliyi ilə əlaqə saxlayıb və vəziyyəti uğurla həll edib - futbolçu bir neçə saat sonra özəl təyyarə ilə Türkiyəni tərk edib.

Sentyabrın 7-də "Medas Konya Büyükşehir” stadionunda Türkiyə və İspaniya milli komandaları arasında keçirilən oyun qonaqların 6:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb. Oyundan sonra pasportunu itirən Yamal vətəninə qayıda bilməyib.

11.15
 
"Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsində Türkiyə millisi ilə matçdan sonra pasportunu itirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Allfootballapp” məlumat yayıb.

Futbolçu oyunun keçirildiyi Konya şəhərində ilişib qalıb və şəxsiyyəti təsdiq edən sənəd olmadan evə uça bilmir.

"Medas Konya Büyükşehir” stadionunda Türkiyə və İspaniya milli komandaları arasında keçirilən oyun qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->