Xəbər lenti

DÇ-2026: Azərbaycan millisi İslandiyaya qarşı
İdman 09:06 13.11.2025

DÇ-2026: Azərbaycan millisi İslandiyaya qarşı

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.

8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.

DÇ-2026
Seçmə mərhələ
V tur, D qrupu

13 noyabr
21.00 Azərbaycan - İslandiya
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro).
VAR: Momçilo Markoviç (Serbiya).
AVAR: Aleksandar Jivkoviç (Sebiya).
"Neftçi Arena".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->