Xəbər lenti

DÇ-2026: Azərbaycan millisi Ukraynaya qarşı
İdman 09:00 13.10.2025

DÇ-2026: Azərbaycan millisi Ukraynaya qarşı

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Polşada Ukrayna yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü avstriyalı Sebastyan Qişamer idarə edəcək.

Azərbaycan yığması qrupda ilk xalını da məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.

Qeyd edək ki, Fransa D qrupunda 9 xalla liderdir. Ukrayna 4 xalla ikinci, İslandiya 3 xalla üçüncü, Azərbaycan millisi isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

DÇ-2026
Seçmə mərhələ
D qrupu

13 oktyabr
22.45 Ukrayna - Azərbaycan
Baş hakim: Sebastian Qişamer.
"Krakoviya" stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->