Daha 13 israilli girovu Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" məlumat yayıb.
Beləliklə, 20 girovun hamısı azad edilib.
09.35
HAMAS əsas mübadilə üçün qalan israilli girovların birinci qrupunu azad edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.
Bildirilib ki, HAMAS 7 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onlar İsrailə gedirlər. Onlar Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalaldır.
Azad edilmə mərasimi Xan Yunisdə baş tutub.
İsrail isə 1718 fələstinli məhbusu və ömürlük həbsdə olan 250 məhbusu azad edəcək.
Şərhlər