Xəbər lenti

DÇ-2026: Oyundan öncəki məşqdə hərbi kamuflyajlı casus yaxalandı
İdman 16:20 31.03.2026

DÇ-2026: Oyundan öncəki məşqdə hərbi kamuflyajlı casus yaxalandı

2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin pley-off finalında öz meydanında İtaliya ilə qarşılaşacaq Bosniya və Herseqovina yığması son taktiki məşq zamanı qeyri-adi hadisə ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, bu axşam Zenitsa şəhərindəki Bilino Polye stadionunda keçiriləcək qarşılaşma öncəsi komanda son hazırlıqlarını tamamlayarkən maraqlı insident baş verib. 

Bosniya və Herseqovina tərəfi Avropa İttifaqı hərbi kamuflyajına bənzər geyimdə olan və məşqi gizli şəkildə lentə alan bir şəxsin saxlanıldığını açıqlayıb.

Məşqçilər heyəti üzərində İtaliya Futbol Federasiyasının loqosu olan hərbi tipli gödəkçə geyinmiş şəxsi fərq edib. Onun sinəsinə bərkidilmiş telefon vasitəsilə qadağan olunmuş zonadan taktiki məşqi çəkdiyi bildirilir.

Şəxs dərhal məşq bazasından uzaqlaşdırılıb. Hazırda Bosniya və Herseqovina tərəfi onun nə qədər görüntü topladığını və bu şəxsin birbaşa İtaliya Futbol Federasiyası tərəfindən göndərilib-göndərilmədiyini müəyyənləşdirə bilməyib.

Aydın

--> -->