Şəki-Zaqatala Regional Təhsil İdarəsi "Tour İnvets” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə Şəki şəhərində 8, 10, 18, 30 nömrəli uşaq bağçaları üçün daşınmaz əmlakın icarəsi nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 60 000 manatdır.
Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. Müqavilənin şərtləri barədə geniş bilgi yoxdur. Yəni, icarəyə götürüləcək daşınmaz əmlakın təyinatı bəlli deyil.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Tour İnvest” MMC 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin hüquqi ünvanı Şəki rayonu, M.Ə.Rəsulzadı küçəsi, ev187-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavanşir Rüstəm Bəşir oğludur.
Mediada gedən məlumatlara görə, "Tour İnvest” MMC-nin təsisçisi deputat Cavanşir Feyziyevdir.
Rüstəm Cavanşir isə deputatın əmisi oğludur. O, eyni zamanda "Novo Trade” QSC-nin və "Asel Agro Park” şirkətinin direktorudur. 2020-ci ildə yaradılan "Asel Agro Park” Şəkidə Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb.
Şəkidə fəaliyyət göstərən dörd ulduzlu "Şəki Saray Hotel”in direktoru da Rüstəm Cavanşirdir. Hotelin sahibi kimi isə "Tour İnvest” MMC-nin adı qeyd edilib.
Seyid
Şərhlər