Xəbər lenti

Ekonomiks 13:21 15.06.2022

Dollar bütün dünyada bahalaşacaq: Bəs Azərbaycanda?.. - Ekspert

"Dollar bütün dünyada bahalaşacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Ekspertin sözlərinə görə, uçot dərəcəsinin qaldırılmasının Azərbaycana aidiyyatı olmayacaq:

"Ona görə yox ki, bu bahalaşma fonunda neftin qiyməti qalxır. Azərbaycana dollar axını da artır və buna görə də manat sabit olaraq qalacaq. Hətta istəsək, onu gücləndirə də bilərik. Amma yəqin ki, biz bunu etmiyəcəyik. Sadəcə valyuta ehtiyyatlarımızı artıra bilərik. Bu baxımdan da heç bir təhlükə yoxdur”. 

Əkrəm Həsənov deyir ki, dolların bahalaşmasının Azərbaycana heç bir mənfi təsiri olmayacaq:

"Dünyada dollar bahalaşmasının səbəbi həm bütün dünyada, həm də ABŞ-da güclü infliyasiya proseslərinin getməsidir. Dünyadakı geosiyasi gərginliklə bağlı faktiki olaraq üçüncü dünya müharibəsi gedir”. 

Qeyd edək ki, ABŞ-ın Mərkəzi bank funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sisteminin (FED) bu həftə toplantısı nəzərdə tutulub. "Bloomberg”in məlumatına görə, bazarlar FED-in uçot dərəcəsini 0,75 bənd artıracağını gözləyir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->