Xəbər lenti

Dollarla hesablaşmalardan çıxarılması Rusiya hakimiyyətini buna məcbur etdi
Dünya 20:14 05.09.2022

Dollarla hesablaşmalardan çıxarılması Rusiya hakimiyyətini buna məcbur etdi

Ən böyük bankların dollar və avro ilə hesablaşmalardan çıxarılması Rusiya hakimiyyətini kriptovalyuta bazarında alternativlər axtarmağa vadar edir. Maliyyə Nazirinin müavini Aleksey Moiseyev bazar ertəsi bildirib ki, Maliyyə Nazirliyi və Rusiya Federasiyasının Mərkəzi Bankı mövqeləri razılaşdırıblar və yekdil fikirdədirlər ki, beynəlxalq ödənişlər üçün "kripto”dan istifadə leqallaşdırılmalıdır.

"Həm bizə, həm də Mərkəzi Banka artıq aydındır ki, indiki şəraitdə biz kriptovalyutada transsərhəd hesablaşmalar olmadan vəziyyətdən çıxa bilmərik”, - o, "Rossiya 24” telekanalına müsahibəsində deyib.

Rusiyanın kömür, taxta və qızılı artıq Qərb ölkələrinin embarqosu altına düşüb və dekabrın əvvəlindən Avropa İttifaqı Rusiya neftinin idxalına və onun daşınmasının sığortalanmasına tam qadağa tətbiq edib.

Moiseyevin sözlərinə görə, Mərkəzi Bankla Maliyyə Nazirliyi arasında fikir ayrılığı yalnız tənzimləmə məsələlərində qalıb: məmurlar kriptovalyuta ilə ödənişlərə nəzarət etmək istəyirlər ki, "pulların yuyulması, narkotiklərə görə ödənişlər olmasın”.

Maliyyə Nazirliyi rusiyalılara pasportla və Mərkəzi Bankın nəzarəti altında kriptovalyuta pulqabı açmağı təklif edir. Sonra səlahiyyətlilərə aydın olacaq ki, pulqabının sahibi "fantom pul yuyan deyil, bu, pis davrandığı təqdirdə tutula və qanunla tam şəkildə mühakimə oluna bilən konkret bir şəxsdir" Moiseyev bildirib.

Maliyyə Nazirliyi və Mərkəzi Bank Rəqəmsal İnkişaf Nazirliyi və Energetika Nazirliyini maraqlandıran kriptovalyuta mayninqini tənzimlənməsi məsələsini də müzakirə edirlər. "Bütün bu vəhşi kapitalizmi təşkil etmək üçün" artıq bu payızda mayninq haqqında qanun qəbul edilə bilər.

Eyni zamanda, Moody's analitikləri hesab edir ki, sanksiyalar altında olan kriptovalyutalar Rusiyaya kömək etməyəcək. Onların fikrincə, bazarın likvidliyi Rusiyanın tələbatını ödəmək üçün çox aşağıdır (gündə 30 milyon dollar, Rusiyanın maliyyə əməliyyatları isə 46 milyard dollar təşkil edir). Kriptovalyutalar həmçinin çirkli pulların yuyulması ilə mübarizə aparır və əməliyyat məlumatlarını Qərb hüquq-mühafizə orqanlarına təqdim edirlər.

Nəhayət, ABŞ Maliyyə Nazirliyi rusiyalılarla işləyən ən böyük kriptovalyuta birjalarına qarşı sanksiyalar tətbiq edib və Aİ kriptovalyuta birjalarına Rusiyanın fiziki və hüquqi şəxsləri üçün 10 min avrodan çox məbləğdə pulqabı açmağı və saxlamağı qadağan edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->