Xəbər lenti

Dolu düşəcək, sulu qar yağacaq... - Xəbərdarlıq
Ölkə 19:52 09.09.2025

Dolu düşəcək, sulu qar yağacaq... - Xəbərdarlıq

Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bölgələrdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Qaynarinfo-ya  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->