Ağdamın "Qarabağ" klubu Polşanın "Qurnik Zabje" komandasında çıxış edən Taofik İsmahilin (Taofeek İsmaheel) transferi ilə yaxından maraqlanır.
Fanat.Az polşalı insayder Pyotr Kozminskiyə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi nigeriyalı hücumçu üçün 700 min avro (təxminən 1,4 milyon manat) ödəməyə hazırdır.
24 yaşlı vinger cari mövsümdə Polşa təmsilçisinin heyətində keçirdiyi 6 rəsmi matçda (ümumi 293 dəqiqə) qol və ya məhsuldar ötürmə ilə yadda qala bilməyib.
Buna baxmayaraq, Ağdam təmsilçisinin hücum xəttini gücləndirmək üçün gənc futbolçunun keçidini tezliklə rəsmiləşdirmək niyyətində olduğu bildirilir.

Şərhlər