
Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb.
Qaynarinfo xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutlar toplanır.
Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, həmçinin “Renault” markalı minik avtomobili qismən yanıb.
Yüksək temperaturun təsirindən “Baic” markalı minik avtomobilinin arxa işığı qismən əriyib.

