İdman 15:00 05.01.2024

Dünyanın ən dəyərli 11 futbolçusunun siyahısı açıqlandı

Dünyanın ən dəyərli "11-liy"i açıqlanıb.
 
Qaynarinfo-nun məlumatına görə, məşhur "Transfermarkt" portalının açıqladığı siyahıda ilk pillədə PSJ və Fransa millsinin üzvü Kilyan Mbappe yer alıb.  "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland ikinci, "Real"ın gənc ulduzu Cud Bellinqem isə üçüncü yerə layiq görülüb. İlk üç pillədə yer alan futbolçuların dəyəri 180 milyon avro olaraq göstərilib. 

Ən bahalı futbolçulardan ibarət heyətin ümumi dəyəri 1 milyard 310 milyon avrodur.

Siyahı aşağıdakı futbolçulardan ibarətdir:

Kilyan Mbappe (PSJ) - 180 milyon avro
Erlinq Haland ("Mançester Siti") - 180 milyon avro
Cud Bellinqem ("Real") - 180 milyon avro
Vinisius Junior ("Real") - 150 milyon avro
Bukayo Saka ("Arsenal") - 120 milyon avro
Rodri ("Mançester Siti") - 110 milyon avro
Deklan Rays ("Arsenal") - 110 milyon avro
Yosko Qvardiol ("Mançester Siti") - 80 milyon avro
Ruben Diaz ("Mançester Siti") - 80 milyon avro
Saliba ("Arsenal") - 75 milyon avro
Mayk Mayqnan ("Milan") - 45 milyon avro

Səbuhi Həsənov