Xəbər lenti

Dünyanın ən yaxşıları açıqlandı, Messi ilk
İdman 22:55 13.11.2023

Dünyanın ən yaxşıları açıqlandı, Messi ilk "üçlüy"ə belə layiq görülmədi

Məşhur "FourFourTwo" nəşri dünyanIn ən yaxşı hücumameyilli yarımmüdafiəçilərini müəyyənləşdirib.

Qaynarinfo-nun məlumatına görə, 10 yarımmüdafiəçinin yer aldığı siyahıda ilk pillə "Real"ın gənc oyunçusu Cud Bellinqemə verilib. Maraqlıdır ki, dünyanın ən yaxşı futbolçularından hesab olunan, səkkizqat "Qızıl top" mükafatının qalibi Lionel Messi heç ilk "üçlüy"ə düşməyib.  Messi, "Mançester Siti"nin aparıcı üzvü Kevin De Brüyne və "Bavariya"nın gənc ulduzu Camal Musialadan sonra dördüncü pillədə qərarlaşıb. 

10. Pyotr Zielinski ("Napoli", İtaliya)
9. Lukas Paketa ("Vest Hem", İngiltərə)
8. Bruno Fernandeş ("Mançester Yunayted", İngiltərə)
7. Dominik Şabaşlay ("Liverpul", İngiltərə)
6. Ceyms Maddison ("Tottenhem", İngiltərə)
5. Martin Odeqaard ("Arsenal", İngiltərə)
4. Lionel Messi ("İnter Mayami", ABŞ)
3. Camal Musiala ("Bavariya", Almaniya)
2. Kevin De Brüyne ("Mançester Siti", İngiltərə)
1. Cud Bellinqem ("Real", Madrid, İspaniya)

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->