Əfqanıstanın Hinduquş dağlarında 6,1 maqnitudalı zəlzələ baş verib.
Qaynarinfo-nun Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, təbii fəlakətin episentri əhalisi təxminən 161 min nəfər olan Qunduz şəhərindən 174 km şərqdə yerləşib. Ocaq 201 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Şərhlər