İdman 13:12 16.05.2023

Əfsanəvi basketbolçunun oyunçu kartı yüksək qiymətə satıldı

NBA tarixində ən çox çempionluq qazanan Bill Rasselin gənclik dönəminə aid oyunçu kartı "PWCC Marketplace"in hərracında sahibini tapıb.

Qaynarinfo-nun məlumatına görə, 1957-ci ilə aid olan oyunçu lisenziyası 660 000 dollara satılıb. Bu Rasselin kartları arasında ən baha qiymətə satılan kart olub. Əvvəlki rekord 2021-ci ilin avqustunda 630 min dollarlıq satışdan sonra qeydə alınmışdı.

"PWCC Marketplace"in satış müdiri Cesse Kreyq ABŞ mətbuatına açıqlamasında "Satış qiymətindən daha vacib olan bu kartı tarixən dəyərləndirməkdir. Bu kartın 10 xallı heç bir nüsxəsi yoxdur. 9 xallı 3 kart var, lakin onlar hərraca çıxarılmayıb. Bu kart 8,5 xal dəyərindədir. Bütün bunları dəyərləndirərək deyə bilərik ki, kartın ən yaxşı surətini görmüşük - ifadələrini işlədib. Bill Rasselin rekord qiymətə satılan kartı həm də 1980-ci ildən əvvəl müştərilər tərəfindən ən çox maraq göstərilən üçüncü basketbol kartıdır. Digər kartlar isə Corc Mika (1948-ci il) və Vilt Çemberleynin (1961-ci il) yeniyetməlik dönəmlərinə aiddir.

11 dəfə NBA çempionluğu qazanan Rassel ötən il 88 yaşında vəfat edib.

Səbuhi Həsənov