Xəbər lenti

Şəhid kapitanın adı qardaşı oğluna  verildi
Ölkə 21:37 19.08.2025

Şəhid kapitanın adı qardaşı oğluna verildi

Vətən müharibəsi şəhidi kapitan Kamil Şirinovun qardaşı oğlu dünyaya gəlib.

"Unikal" xəbər verir ki, körpəyə şəhid əmisi Kamilin adı verilib.
 
Qeyd edək ki, şəhid kapitan Kamil Şirinov 1991-ci ildə Salyan rayonunda anadan olub. O, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib, 2016-cı il Aprel döyüşlərində fərqlənib. Kamil Şirinov 2020-ci il Vətən müharibəsində Füzulinin azad edilməsi uğrunda döyüşərkən sentyabrın 29-da şəhadətə yükdəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->