Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Bakıya yola salınıb.
Qaynarinfo xəbər verir ki, yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, diplomatlar, uşaqların valideynləri iştirak ediblər
Səfir Seymur Mərdəliyev bildirib ki, növbəti dəfə 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınır. Üç ildən çoxdur Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir.
Səfirin sözlərinə görə, qrupa Ukraynanın bir sıra bölgələrindən, o cümlədən Xarkov, Odessa, Vinnitsa, Kiyev vilayətlərindən uşaqlar daxildir. Müxtəlif yaş qrupundan olan ukraynalı uşaqlar reabilitasiya və psixoloji bərpa məqsədilə ölkəmizdə müvafiq proqramlarda iştirak edəcəklər. Bundan sonra da ukraynalı uşaqların reabilitasiya məqsədilə Azərbaycana göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.
Şərhlər