Xəbər lenti

Azərbaycana ən çox hansı ölkələrdən səfər edirlər? (SİYAHI)
Ölkə 19:05 19.08.2025

Azərbaycana ən çox hansı ölkələrdən səfər edirlər? (SİYAHI)

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 477,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gələnlərin 26,1%-i və ya 385,7 min nəfəri Rusiya vətəndaşları olub.
Qeyd dək Azərbaycana ən çox əcnəbi aşağıdakı ölkələrdən gəlib:

Rusiya – 385,7 min nəfər (ölkəyə gələn əcnəbilərin 26,1%-i);
Türkiyə – 252,7 min nəfər (17,1%);
Hindistan – 119,7 min nəfər (8,1%);
İran – 116,8 min nəfər (7,9%);
Səudiyyə Ərəbistanı – 62,0 min nəfər (4,2%);
Gürcüstan – 60,6 min nəfər (4,1%);
Qazaxıstan – 59,1 min nəfər (4,0%);
Pakistan – 47,3 min nəfər (3,2%);
Çin – 34,0 min nəfər (2,3%);
İsrail – 29,6 min nəfər (2,0%);
Özbəkistan – 29,6 min nəfər (2,0%);
Birləşmiş Ərəb Əmirlikləri – 26,6 min nəfər (1,8%);
Ukrayna – 20,7 min nəfər (1,4%);
Türkmənistan – 19,2 min nəfər (1,3%);
Belarus – 14,8 min nəfər (1,0%);
Küveyt – 14,8 min nəfər (1,0%).

Bildirilir ki, gələnlərin 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən 1,7 dəfə, Çindən 1,6 dəfə, Yaponiyadan 42,9%, Qırğızıstandan 36%, İordaniyadan 28,7%, Qazaxıstandan 20,6%, Özbəkistandan 19,8%, Niderlanddan 16,3%, Pakistandan 16,1%, Kanadadan 15,8%, ABŞ-dən 15,6%, Almaniyadan 13,2%, İtaliyadan 10,9%, Cənubi Koreyadan isə 10,8% artıb.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7% artaraq 61 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3% azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6% azalaraq 522,7 min nəfər olub. Digər ölkələrdən gələnlərin sayı isə 4,1% artaraq 656,8 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 75,5%-i hava, 23,1%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->