Xəbər lenti

Ağ Ev Azərbaycanın ABŞ-dəki səfirinin müsahibəsini paylaşdı
Ölkə 19:59 19.08.2025

Ağ Ev Azərbaycanın ABŞ-dəki səfirinin müsahibəsini paylaşdı

Ağ Evin mətbuat katibi Kerolayn Livitt Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin ölkənin aparıcı media orqanlarından biri olan "The Washington Examiner" jurnalına verdiyi geniş müsahibəni "X" sosial şəbəkəsində paylaşıb.

"Report”  xəbər verir ki, bu gün nəşr olunan müsahibə "Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı "əsl sülhməramlı" adlandırıb” başlığı ilə yayımlanıb.

Səfir jurnalist Bredi Noksa verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmada həlledici rol oynadığını bildirib və onu "həqiqi sülh qurucusu” adlandırıb.

Diplomat 8 avqustda imzalanan tarixi sənəd barədə ətraflı məlumat verib. O qeyd edib ki, artıq xarici işlər nazirləri tərəfindən ilkin təsdiqlənən sənəd gələcəkdə imzalanacaq müqavilənin əsasını qoyur

Razılaşmaya əsasən, ABŞ nəzarətində yaradılacaq dəhliz həm Ermənistan və Azərbaycan üçün yeni inkişaf imkanları açacaq, həm də Azərbaycanla strateji tərəfdaşı Türkiyə arasında birbaşa ticarət əlaqələrinə yol açacaq.

X.İbrahim müsahibəsində Tramp administrasiyasının bölgəyə sülh və inkişaf gətirmək əzmində olduğunu xüsusi vurğulayıb: "Prezident Tramp həqiqi liderdir, sülh qurucusudur. Ona görə biz inandıq ki, yalnız bölgəmizdə deyil, bütün dünyada daha çox sülh və tərəqqi olacaq. Nəticəni də gördük”, – səfir qeyd edib

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->