Texnologiya 17:03 14.04.2022

Elon Mask "Twitter"i hədələdi: Ya 41 milyard dollara mənə satın, ya da...

Milyarder Elon Mask təxminən 41 milyard dollara "Twitter"in yerdə qalan hissəsini də almaq istəyir.

Bu barədə Qaynarinfo "The Yerusalem Post"-a isitnadla xəbər verir.

Mask tez-tez tənqid etdiyi sosial media nəhəngində faydalı dəyişikliklərin olması üçün onun özəl ələ keçməli olduğunu bildirib.

Bundan əvvəl Mask "Twitter"in idarə heyətinə qoşulmaqdan imtina etmişdi. 

"Yatırımları edəndən sonra indi başa düşürəm ki, şirkət hazırkı durumunda bundan sonra nə inkişaf edə biləcək, nə də bu ictimai gözləntilərə xidmət edə biləcək. "Twitter" özəl şirkətə çevirilməlidir”, - Elon Mask "Twitter"in rəhbəri Bret Teylora məktubunda deyib.

"Mənim təklifim ən yaxşı və son təklifdir, əgər o qəbul edilməsə, səhmdar kimi mən də öz mövqeyimi dəyişməli olacam”,- deyə Mask bildirib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Mask "Twitter"in səhmlərində 9.2% paya sahib olmuşdu. 
 
Nurlan Hüseynov