Xəbər lenti

Emin Əmrullayev: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan yaxşı təqdim edir
Texnologiya 19:34 10.06.2026

Emin Əmrullayev: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan yaxşı təqdim edir

"Təxminən üç il sonra dərsliklər öz əhəmiyyətin tamamilə itirəcək".

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.

"Süni intellekt artıq materialları müəllifdən daha yaxşı təqdim edir. Hətta düşünürəm ki, bəzi məsələləri Dilçilik İnstitutunun tədqiqatlarından daha yaxşı formada təqdim edir. Amma bu o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac qalmayacaq”, deyə nazir vurğulayıb.
--> -->