İdman 19:47 15.10.2023

Emin Mahmudov: “Meydana qələbə üçün çıxacağıq”

"Sabah meydana qələbə üçün çıxacağıq”.

"Report”un məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Avstriyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ərəfəsində mətbuat konfransında deyib.

Yığmanın kapitanı güclü rəqiblə qarşılaşacaqlarını bildirib: "Bizi güclü komandaya qarşı oyun gözləyir. İntensiv futbol oynayırlar. Yaxşı nəticələrin davamını gətirmək istəyirik. Çox sıx oynamaqla bir-birimizə yaxın olmalıyıq. Çünki rəqib yaxşı top saxlayır. Ara ötürmələrində yaxşıdırlar. Arxada top itirməməliyik. Səfərdə 1:4 hesabı ilə uduzanda topu bizdən alıb hücuma qoşulurdular. Avstriyaya çox şans verməməyə çalışacağıq”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.