Xəbər lenti

Ərdoğan: Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi
Siyasət 20:33 17.11.2025

Ərdoğan: Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi

Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"Qonşu ölkələr təyyarə qəzası ilə bağlı bütün məsələlərdə əməkdaşlıq etdilər. Qısa müddətdə təyyarədə həlak olan şəxsi heyətin nəşləri və avialaynerin "qara qutusu" tapıldı", - o bildirib.

Ərdoğan əlavə edib ki, "qara qutu"nun təhlilindən sonra hadisənin səbəbi müəyyənləşəcək.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->