Xəbər lenti

Dünya 18:19 10.10.2023

Ərdoğan HƏMAS və İsraili barışıdıra biləcəkmi? - Politoloq

"Ərdoğanın siyasi məharəti bu məsələnin də çözümündə mühüm rol oynaya bilər”.

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti İshak Hersoq və Fələstin lideri Mahmud Abbasla telefon danışığı və onun tərəflərə vasitəçilik missiyası təklifini şərh edərkən deyib.

"İsrailin mövcud situasiyada danışıqlara getməsi inandırıcı görünmür. Üstəlik HƏMAS-ın tərəf kimi qəbul edilməsi də çətin məsələdir. Bəlkə də Mahmud Abbas bu məsələdə müəyyən rol oynaya bilər. Türkiyə prezidenti vasitəçilik sahəsində ciddi təcrübəyə malikdir. Ərdoğanın siyasi məharəti, diplomatik bacarığını nəzərə alsaq, ümid edirəm ki, onun vasitəçiliyi bu məsələdə də müəyyən bir çözüm yolunun tapılmasına gətirib çıxaracaq. HƏMAS heç bir hədəfinə çatmayıb. Onların ağır günləri hələ qabaqdadır. HƏMAS-ı tərəf kimi heç kim qəbul etmir. Hər halda, Ərdoğanın vasitəçilik fəaliyyəti gərginliyin azalmasında müəyyən əhəmiyyət kəsb edə bilər”, deyə politoloq bildirib.

Qeyd edək ki, Türkiyə Prezident Adminstrasiyasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İshak Hersoq və Fələstin lideri Mahmud Abbasla telefonla danışıb. Telefon danışığı zamanı Ərdoğan İsrail və Fələstinə mövcud böhranın həllində vasitəçilik təklif edib. 

Ərdoğan tərəfləri tərəfləri atəşkəsə və danışıqları bərpa etməyə çağıraraq, sağlam düşüncə ilə hərəkət etməyin, bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının vacibliyini qeyd edib.

"Bu, bütün regionun rifahı üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə bölgədə narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səylərini daha da artıracaq”, - Ərdoğan bildirib.

Eyni zamanda, "Əl-Cəzirə” telekanalına müsahibəsində HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk İsraildəki əməliyyatın məqsədlərinə nail olduğunu deməklə yanaşı, qruplaşmanın hazırda istənilən müzakirələrə və siyasi dialoqa açıq olduğunu da bəyan edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->